"Neftçi"nin heyətini braziliyalı futbolçu ilə gücləndirir.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, müdafiəçi Yuri Matias bu gün "ağ-qaralar"ın Moskvadakı düşərgəsinə qoşulacaq.
Tərəflər artıq bütün detallarla bağlı razılığa gəlib və Matiasın 2 illik müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, hazırda Rusiyanın paytaxtında olan "Neftçi" sabah Moskva "Spartak"ı ilə sınaq matçına çıxacaq.
Nihat