"Barselona"nın gənc müdafiəçisi Aleks Baldye İngiltərənin "Mançester Siti" klubundan transfer təklifi alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu təklifi tərəddüdsüz rədd edib. Baldye Kataloniya klubu ilə yeni müqavilə imzalamaq istəyir.
19 yaşlı müdafiəçi başa çatan son mövsümdə "Barselona"nın əsas komandasının oyunçusu olub. O, bu yay komandanı tərk edən veteran Jordi Albanı əsas heyətdən sıxışdırmışdı.
Aleks Baldyenin "Barselona" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Mirağa