"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Fransada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, "Olimpik Marsel" qabonlu forvarda elçi düşüb və hazırda tərəflər bu yöndə danışıq aparır. Mənbə "zadəganlar"ın məbləğ məsələsində qarşı tərəfə güzəşt edəcəyi halda, keçidin reallaşa biləcəyini vurğulayıb.
Qeyd edək ki, Pyer-Emerikin "Çelsi" ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Nihat