"Əl-Nəsr"in ulduz hücumçusu Kriştianu Ronaldu dünya futboluna təsirindən danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano 38 yaşlı portuqaliyalının dediklərini belə çatdırıb:
“Kriştianu effekti” Səudiyyə liqasını Avropada çıxış edən yüksək səviyyəli oyunçular üçün cəlbedici etdi. Bu bir faktdır.
Mən "Yuventus"a gəlməmişdən əvvəl A Seriyası "ölmüşdü" və məndən dərhal sonra yenidən canlandı. Kriştianu getdiyi yerdə həmişə əlavə maraq doğurur".
Qeyd edək ki, "Qızıl top"un beşqat qalibi yanvar ayında "Əl-Nəsr"in dəvətini qəbul edərək Səudiyyə Ərəbistanına köçüb.
Mirağa