Yarımmüdafiəçi Deklan Raysı rekord qiymətə "Arsenal"a satan "Vest Hem" onun mövqeyinə yeni futbolçu tapıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.
Məlumata görə, "çəkicdöyənlər"in əsas hədəfi "Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaherdir. Mənbə hazırda "Vest Hem" rəhbərliyinin 23 yaşlı oyunçu ilə bu yöndə danışıqlar apardığını və tərəflərin ortaq məxrəcə gəlməyə yaxın olduqlarını vurğulayıb. Qallaherin keçidinin 25-35 milyon avroya başa gələ biləcəyi diqqətə çatdırılıb.
Nihat