"Mançester Siti" futbolçusu Riyad Mahrezi Səudiyyə Ərəbistanına buraxmır.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Saymon Cons sosial şəbəkə hesabında yayıb.
Çempionlar Liqasının son qalibi "Əl-Əhli"nin 21 milyon avroluq təklifi ilə razılaşmayıb. İngiltərə klubu 32 yaşlı futbolçuya görə daha çox qazanc əldə etmək istəyir.
Mahrez "şəhərlilər"in heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq.
Mirağa