"Latsio" hücumçu Çiro İmmobileni əvəz edəcək futbolçu tapıb.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçmək niyyətində olduğu açıqlayan Çironun yerinə "Utrext"in hücumçusu Anastasios Duvikas transfer ediləcək.
Romalılar hazırda 23 yaşlı yunan forvarda görə qarşı tərəflə danışıq aparır.
Yunanıstan millisinin üzvü olan Duvikas ötən mövsüm Niderland Erediviziyasında 34 oyuna çıxaraq 20 qol vurub. Onun dəyəri təxminən 12 milyon avro qiymətləndirilir.
Mirağa