“Napoli”, “Fiorentina” və “İnter”in sabiq futbolçusu, argentinalı Ramon Dias Braziliyanın “Vasko da Qama” klubunun baş məşqçisi təyin olunub.
Fanat.Az "Euro-football"a istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisə oğlu Emiliano kömək edəcək.
Ramon Dias ən çox titul qazanan məşqçi kimi Argentinanın rekordçusudur - o, "River Pleyt"lə 7 kubok əldə edib.
Əvvəllər Uruqvay millisini də çalışdıran mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı olub. Onu bu klubda "Fənərbağça"dan ayrılan portuqaliyalı Jorje Jesuş əvəzləyib.
Mirağa