Yeni mövsümdə Azərbaycanda təşkil olunacaq I və II liqada, həmçinin əvəzedicilərin yarışında yalnız çempionlar mükafatlandırılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında bildirib.
Qurum rəsmisi bildirib ki, 2023/2024 mövsümündə adıçəkilən liqalarda 2-3-cü yerləri tutanlar gümüş və bürünc mükafat almayacaqlar. O, çempionatlarda yalnız qaliblərin mükafatlandırılacağını bildirib.