"Mançester Siti" klubunun 29 yaşlı mərkəz müdafiəçisi Aymerik Laport İspaniya "Atletik"inə qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin məlumatına görə, müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirmək istəyən Laportanın transferində baskların baş məşqçisi Ernesto Valverde şəxsən maraqlıdır.
Bundan əlavə, futbolçunun özünün də İspaniya çempionatına qayıtmaq istədiyi bildirilir. Baxmayaraq ki, İngiltərə və İtaliyada bu yay onun uğrunda mübarizə aparmağa hazır olan bir neçə komanda var.
Laport 2018-ci ilin qışında "Mançester Siti"yə keçib.
Mirağa