Portuqaliyalı Joau Feliks başqa kluba keçməyə məcburdur.
Fanat.Az xəbər verir ki, o, artıq “Atletiko”da oynamaq istəyinin olmadığını bəyan edib.
Hücumçu tanınmış insayder Fabritsio Romanoya açıqlamasında "Barselona"ya olan sevgisindən danışıb: "Barselona”da oynamaq istərdim. Komanda həmişə mənim ilk seçimim olub. Onlara qoşulmaq istərdim. "Barsa"da oynamaq uşaqlıqdan bəri arzum olub. Əgər kluba getməyi bacarsam, o zaman arzum gerçəkləşəcək".
Portuqaliyalı forvard ötən mövsümün yarısını "Çelsi"də keçirib. "Atletiko", baş məşqçi Dieqo Simeonenin xidmətində maraqlı olmadığı futbolçunun satışından 100 milyon avro təzminat almaq niyyətindədir.
Mirağa