10:17 19.07.2023 507

"Spartak"la əməkdaşlıq futbolumuzun Rusiyada təbliği baxımından səmərəli olacaq" - Kamran Quliyev

“Neftçi”nin prezidenti Kamran Quliyev Rusiyada "Spartak"a qarşı keçirdikləri yoldaşlıq görüşündən sonra “Match TV”yə danışıb.

Fanat.Az xəbər verir ki, klub funksioneri oyundan və "Spartak"la əməkdaşlıq razılaşmasından danışıb: 

"Oyun yüksək səviyyədə təşkil olunmuşdu. "Spartak" daha hazırlıqlı idi. Baş məşqçimiz yeni gəlib və komanda tam hazır deyil. Lakin çox yaxşı məşqçimiz var və düşünürəm ki, yaxın zamanda daha da güclənəcəyik. 
Ümumiyyətlə, Rusiya komandaları hazırlıqlıdır. "Zenit" Superkuboka, "Spartak" çempionata hazırlaşırdı. Sankt Peterburqda qarşılaşdığımız komandalar ciddi rəqiblər idi. "Fənərbağça" da avrokubok matçları üçün çalışırdı. "Srvena Zvezda" Çempionlar Liqasının qrupunda olacaq. Bizim də bu mövsümə ümidlərimiz böyükdür.
"Zenit", yoxsa "Spartak"la daha çətin oldu? Hər ikisi çox güclüdür. Hər şey əhval-ruhiyyədən asılıdır. İyulun 1-də "Zenit"lə, 18-də isə "Spartak"la oynadıq. Nəzərə alaq ki, bu klublar demək olar, eyni vəziyyətdədir. Kimin daha güclü, kimin zəif olduğunu demək istəmirəm. Həm Sankt-Peterburqda, həm də Moskvada hər şey ən yüksək səviyyədə idi. "Zenit" və "Spartak" rəhbərliyinə, azarkeşlərə də təşəkkür edirəm. Fanatlar bütün oyunlara gəlir, alqışlayır, hətta futbolçularımızla maraqlanırdılar.

"Spartak"la əməkdaşlıq memorandumu imzaladıq. Komandalarımız yenidən yoldaşlıq görüşü keçirə bilər. Görək, necə olacaq. “Spartak”ın yeni baş direktoru ilə əlaqə saxlayacağıq. Memorandum bir sənəddir və necə olacağını görəcəyik. Ümid edirəm ki, Azərbaycan futbolunun burada və Rusiya futbolunun da Azərbaycanda təbliği baxımından səmərəli olacaq. Biz bu mövzuda optimistik. Əməkdaşlıq yalnız yoldaşlıq görüşlərinin keçirilməsindən ibarət deyil. Kifayət qədər geniş imkanlar var. Düşünürəm ki, detallar sonra açıqlanacaq. Hər şey yaxşıdır. "Zenit"lə də eyni qaydada işləyəcəyik.  Münasibətləri sıxlaşdırmaq, işləmək lazımdır. "Zenit" və "Spartak"la yaxşı münasibətlərimiz olacaq. 

Qeyd edək ki, “Otkrıtiye Bank Arena”da keçirilən “Spartak”la “Neftçi” arasında keçirilən yoxlama görüşündə Rusiya klubu 2:0 hesablı qələbə qazanıb.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X