Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" "Zenit"in futbolçusunu transfer etmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, braziliyalı hücumçu Malkom üçün Rusiya klubunun idarəçiləri ilə danışıq aparan ərəblər futbolçunun özü ilə şəxsi müqavilənin detalları barədə razılığa gəlib. Mənbə transfer reallaşacağı təqdirdə, 26 yaşlı "sambaçı"nın "Əl-Hilal" ilə 3 illik müqavilə bağlayacağını və hər mövsüm üçün 18 milyon avro qazanacağını vurğulayıb. "Zenit"in isə Malkomu 50 milyon avroya sata biləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, geridə qalan mövsümdə Sankt-Peterburq təmsilçisinin forması ilə 33 matçda iştirak edən Malkom 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, Rusiya Premyer Liqasının bombardiri olub.
Nihat