"Zenit"in hücumçusu Malkom 50 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməyə yaxındır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, transfer bu qiymətə reallaşsa, məbləğin 7,5 faizi (3,75 milyon) braziliyalı forvardın sabiq klubu "Barselona"ya çatacaq.
"Goal" isə Kataloniya klubunun cənubi amerikalının satışından 7,5 deyil, 8 faiz qazanacağını iddia edib.
Qeyd edək ki, Malkom 2018-2019-cu illər aralığında "Barselona"da çıxış edib. O, İspaniya nəhənginin forması ilə 24 matça çıxaraq 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. "Blauqrana" braziliyalı futbolçunu "Zenit"ə 40+5 milyon avroya satıb. Malkomun ruslarla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat