UEFA Konfrans Liqasına və Azərbaycan Premyer Liqasının növbəti mövsümünə Türkiyədə hazırlaşan "Qəbələ" bu gün sonuncu yoxlama görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışındakı üçüncü sınaq matçında rəqib Şimali Makedoniya təmsilçisi “Qostivar” olacaq.
“Qırmızı-qaralar”ın məskunlaşdığı “Termal” otelin məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
“Qostivar” növbəti mövsümdən yüksək liqada çıxış edəcək.
Qeyd edək ki, buna qədər Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib, “Orenburq”la (Rusiya) 1:1 hesablı heç-heçə edib.