Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti sınaq matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Bakı klubu Türkiyənin Super Liqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Qeyd edək ki, Şahin Diniyevin baş məşqçi olduğu kollektiv Ərzurumdakı hazırlıq çərçivəsində keçirdiyi ilk oyunda yerli "Ərzurumspor"a 4:3 hesabı ilə qalib gəlib.