"Barselona" rəsmi saytı vasitəsi ilə yeni futbolçu transfer etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Jirona"nın 31 yaşlı yarımmüdafiəçisi Oriol Romeu ilə 3 illik müqavilə bağlayıb.
Romeu 2004-2011-ci illər aralığında "Barselona"nın strukturunda olub. Ardından isə sözügedən futbolçu "Çelsi", "Valensiya", "Ştutqart" və "Sauthempton"un uğurları üçün çalışıb. Oriol 2022-ci ildən "Jirona"da top qovurdu.
Nihat