"Atletiko Madrid"in hücumçusu Joau Feliksin xatirə lövhəciyi azarkeşlər tərəfindən bərbad hala salınıb.
Fanat.Az xəbər verir ki, "Barselona"ya keçmək istədiyini dilə gətirən Joaunun bu hərəkətindən hiddətlənən fanatlar həm sözügedən oyunçunu təhqir edib, həm də lövhəciyə "Rədd ol "Barselona"ya" yazıblar.
23 yaşlı Feliks dünən "Barselona"da oynamağın onun uşaqlıq arzusu olduğunu və bu arzunun bir gün reallaşacağına ümid etdiyini deyib. Portuqaliyalı futbolçunun bu açıqlaması "Atletiko" rəhbərliyini də özündən çıxarıb.
Nihat