Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulduqdan sonra UEFA əmsallar cədvəlini yeniləyib.
Fanat.Az xəbər verir ki, dünənki oyunlardan sonra reytinq sıralamasında dəyişiklik olub.
Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən və Cəbəllütariq "Linkoln"una ilk oyunda olduğu kimi, ötən gün də qalib gələn (4:0) "Qarabağ" Azərbaycanın hesabına növbəti xalları yazdırıb.
Bu nəticə ölkənin aktivinə 0,250 əmsal gətirib. Beləliklə, ilk mərhələdə qazanılan 2 qələbə ilə cəmi 0,500 xal əldə olunub. Azərbaycan son 5 mövsümdəki əmsalları 14,750-yə çatıb. Buna baxmayaraq, ölkəmiz əvvəlki kimi, 29-cu pillədə qalıb.
28-ci sırada 15,500 xalla Slovakiya qərarlaşıb. 30-cu sırada yer alan Moldovanın isə 11,625 xalı var.
Reytinq sıralamasına 88.928 əmsalla İngiltərə başçılıq edir.