"Ferentsvaroş" Çempionlar Liqasında mübarizəni sürpriz şəkildə dayandırdıqdan sonra rus baş məşqçi Stanislav Çerçesovu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Macarıstan klubunun prezidenti Qabor Kubatov özünün sosial şəbəkə hesabında paylaşım edib:
"Stanislav Çerçesovla şəxsi müzakirəmin nəticələrinə görə, biz artıq birlikdə işləmirik".
Məşqçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.
“Ferensvaros” turnirin ilk seçmə mərhələsində evdə Farer adalarının “Klaksvik” komandasına uduzub (0:3).
Çerçesov 2021-ci ilin dekabrından "Ferentsvaroş"u çalışdırırdı. 59 yaşlı rusiyalı mütəxəssis bu müddətdə iki dəfə Macarıstan çempionu, bir dəfə isə ölkə kubokunun qalibi olub.
Mirağa