13:55 20.07.2023 2586

"Qarabağ"ın rəqibini tanıyaq: İdman müəllimini və qol ayağını itirən "Rakuv"

Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"nunu "bir ayaqla" keçən "Qarabağ"ın növbəti rəqibi Polşa "Rakuv"u olacaq. Bu ölkə klubları avrokuboklarda qarşımıza ən çox çıxan komandalardandır. Elə təkcə Ağdam təmsilçisinin polyaklarla yolu 4 dəfə kəsişib. Qurban Qurbanovun komandası "Pyast", "Visla", "Legiya" və "Lex"lə görüşlərin hamısında mərhələ adlayan tərəf olub. Təsadüfi deyil ki, "Rakuv"un "Qarabağ"a rəqib olacağı dəqiqləşəndən sonra Polşa mətbuatı bunu "Qara kabus gəlir" kimi dəyərləndiriblər. Hərçənd, "Rakuv" başqa Polşa klublarına bənzəmir...

Fanat.Az xəbər verir ki, 100 ildən artıq yaşı olan (klub 1921-ci ildə yaradılıb) "Rakuv" (uzun illər "Rakoviya" adlanıb) Çenstoxova şəhərini təmsil edir. Klubun adı isə Rakuv kəndindən götürülüb. İndi həmin kənd Çenstoxovanın bir rayonudur.Komanda ilk oyunlarını Limanovskoqo küçəsindəki stadionda keçirib. Yeri gəlmişkən, klub bu gün də burada - 5500 tamaşaçı tutumuna malik Çenstoxova şəhər stadionunda oynayır. 


1939-cu ilin payızında Almaniyanın işğalı başladığı vaxt Polşanın 3-cü divizionunda çıxış edən "Rakuv" müharibədə böyük itki verib. Keçmiş klub prezidentləri Marian Federak və Konstantiy Zavadzki əsir düşərgələrində öldürülüb, həmçinin futbolçular Meçislav Andre və Stanislav Frosiş almanlar tərəfindən güllələnib.

Ləqəbi "medalçılar" olan "Rakuv"un inkişafı 2014-cü ildən sonraya təsadüf edib. Hansı ki, möcüzəvi uğur kluba iki nəfər gəlişi ilə bağlıdır. Həmin ilin sonunda kompüter və elektron avadanlıqların satışı ilə məşğul olan "x-kom" şirkətinin həmtəsisçisi və sahibi Mixal Şverçeski klubun sahibi oldu. O, "Forbes"də ən zəngin 100 polyakdan biridir. Hələ komanda səviyyəsinə görə 3-cü divizionda olarkən o, söz verib ki, "Rakuv"u Polşanın ən yaxşı komandalarının liqasına çıxacaq. Düzdür, bunun üçün bir Şverçevski kifayət etmədi. 2016-cı ilin yazında - mövsümün sonuna yaxın baş məşqçi vəzifəsinə ixtisasca bədən tərbiyəsi müəllimi olan Marek Papşun gətirildi. Bundan sonra "Rakuv" mövsüm-mövsüm yüksək liqaları fəth etməyə, titulları sıralamağa başladı. 


2016-2017 mövsümündən başlayaraq, 2-cü divizionda çempion olub 1-ə, 2018-2019-da isə Ekstraklassaya yüksəldi. Debüt mövsümündəki məqsədi Ekstraklasada yerini qorumaq idi. Bunu etmək o qədər də asan deyildi. Məhz 20192020 mövsümündən etibarən liqadan son iki komanda deyil, üç komanda aşağı düşməyə başladı. Buna baxmayaraq, Çenstoxova növbəti mövsüm üçün elitada qalaraq 10-cu yeri tutdu.

2020-2021 mövsümü "Rakuv" üçün xüsusi olmalı idi. Klub 100 illiyini uğurlu nəticə ilə qeyd etməyə hazırlaşırdı. Yubiley mövsümündə uzun müddət çempionata liderlik etsələr də, komanda sonda gümüş medalla kifayətləndi. Ancaq Papşunun komandası Polşa kubokunu qazanaraq mövsümü titulla başa vurmağı bacardı. 2021-2022 mövsümündəki nəticə də eyni oldu: Ekstraklassa 2-cisi, kubokun qalibi. Əlavə olaraq komanda Superkubok əldə etdi. 

Marek Papşunun komandası avrokubokda iştirak etdiyi hər iki mövsümdə UEFA Konfrans Liqasının pley-offunda mübarizəni dayandırmalı oldu. 2021-ci ilin yayında bizə də tanış olan "Gent" polşalıların qrupa yolunu bağladısa, ötən il Çexiya "Slaviya"sı mübarizənin taleyini əlavə vaxtda həll etdi. 

Nəhayət, "Rakuv" ötən mövsüm istəyinə çatdı. Çenstoxovalılar bütün rəqiblərini qabaqlayaraq Polşa çempionu oldular. Maraqlıdır ki, uğurda misilsiz pay sahibi olan Marek Papşun yetişdirdiyi ağacın barını yemək istəmədi. Belə ki, o, mövsümü başa vuran kimi komandadan ayrıldı. Onun güclü liqalardan birinə yollanacağı gözlənilsə də, 48 yaşlı mütəxəssis hələ də klubsuzdur.

Əslində Polşa çempionu "Qarabağ"a tanış rəqibdir. Belə ki, tərəflər qışda Antalyada üz-üzə gəliblər. "Qarabağ" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk oyununu yanvarın 13-də məhz "Rakuv"a qarşı keçirmiş, 0:3 hesabı ilə uduzmuşdu.  

"Rakuv"un əsas qol silahı hücumameylli yarımmüdafiəçisi Bartoş Novakdır. Ötən ilin avqustunda "Qurnik"dən gələn oyunçu Ekstraklassada 10 qol vuraraq komandasının bombardiri oldu.

"Rakuv"un ikinci məhsuldar oyunçusu ispan İvi Lopesdir. Sağ vinger 9 qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə ilə diqqət çəkib. Ancaq "Qarabağ" üçün sevindirici məqam odur ki, Lopes aprelin 16-da "Vidzev"lə oyunda ağır zədə alıb və uzun müddətə sıradan çıxıb. Xaçvari bağları qopan futbolçu 2023-cü ildə meydana çıxa bilməyəcək. Yeri gəlmişkən, Antalyadakı 3:0-lıq oyunda rəqibin qollarından birini məhz Lopes vurmuşdu. Həmin görüşdə dubl edən, ümumilikdə isə ötən mövsüm Ekstraklassada 8 qol vuran latviyalı Vladislav Qutkevskis bu yay "Rakuv"dan ayrılaraq Cənubi Koreya "Tecon"una keçib. 

Qeyd edək ki, "Qarabağ"la "Rakuv" arasında ilk görüş 26 iyulda, cavab oyunu isə 2 avqustda Bakıda keçiriləcək.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X