"Tottenhem" rəhbərliyinin kolumbiyalı müdafiəçi Davinson Sançes ilə bağlı yekun qərarı bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı "90min" yayıb.
Xəbərə görə, Hotspur təmsilçisinin idarəçiləri Sançesin başqa klublarla danışıq aparmasına icazə verib. Mənbə sözügedən futbolçu ilə Moskva "Spartak"ının və "Strasburq"un maraqlandığını vurğulayıb.
Daha öncə "Çempionat" saytı "Spartak"ın bu oyunçunu 13,3 milyon avroya ala biləcəyi barədə məlumat yayıb. Paytaxt klubu isə Sançeslə bağlı onlara ünvanlanan sualları cavabsız qoyub.
Nihat