PSJ-nin hücumçusu Neymarın bu yay klubu tərk etməməyə qərar verməsinin səbəbləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, "L'Équipe" braziliyalı ulduzun bu barədə belə yazıb:
"Neymar Parisdə özünü rahat hiss edir. Fransanın paytaxtındakı həyat ikinci dəfə ata olan futbolçunun ürəyincədir. Onu hazırda aldığı maaş - illik 25 milyon avro tam qane edir. Bundan başqa, hücumçu həm də qarşıdakı mövsümü zədəsiz keçirməyi və PSJ ilə Çempionlar Liqasının qalibi olmaq istəyir".
Qeyd edək ki, 2022/2023 "futbol ili"nin son iki ayını zədə üzündən boşa verən Neymar ötən mövsüm bütün turnirlərdə 29 oyun keçirib. Bu qarşılaşmalarda 18 qol vuran ulduz hücumçu 17 məhsuldar ötürmə müəllifi olub.
Nihat