"Roma"nın baş məşqçisi Joze Mourinyu "Çelsi"də rəhbərliyi altında oynamış Didye Droqba barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis sosial şəbəkə hesablarında belə bir post paylaşıb:
"2004-cü ilin 20 iyul tarixində bir hücumçu transfer etdim. O, qol vurmaya, işləməyə, mübarizə aparmaya, lider olmaya bilmirdi. Həmin oğlanla 3 dəfə İngiltərə premyer Liqasının qalibi adını qazanmaq şərəfinə nail oldum. O, həmişə mənim bandamın üzvüdür".
Qeyd edək ki, Droqba "Çelsi"yə 2004-cü ilin yayında "Olimpik Marsel"dən transfer olunub. Fil Dişi Sahili yığmasının ulduzu 2012-ci ildək "zadəganlar"ın şərəfini qoruyubvə 2014-cü ildə yenidən London klubuna qayıdıb. Didye Mourinyunun rəhbərliyi altında 2005,2006 və 2010-cu illərdə İPL-in qalibi olub.
Nihat