"Monpelye"nin hücumçusu Elye Vahi karyerasını "Çelsi"də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.
Mənbənin məlumatına görə, londonlular Fransa klubuna 20 yaşlı futbolçunun transferi üçün 32 milyon avroluq təklif göndərməyə hazırlaşır.
İngiltərə klubu futbolçunu almaq və onu "Strasburq"a icarəyə vermək istəyir. Hazırda bütün maraqlı tərəflər arasında danışıqlar davam edir.
Fransız futbolçu ilə "Arsenal" və Dortmund "Borussiya"sı da maraqlanır.
Vahi ötən mövsüm "Monpelye"nin heyətində 33 oyuna çıxıb, 19 qol vurub və 6 məhsuldar ötürmə verib. "Transfermarkt" onu 35 milyon avro dəyərində qiymətləndirir.
Mirağa