Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.
27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Mouscron”, Sloveniyanın “Rudar Velenje” və “Celje” klublarının heyətində çıxış edib.
Ötən mövsümü “Tuzla Siti”də keçirən Kuzmanoviç 2023-2024-cü il mövsümünü “Araz-Naxçıvan”da keçirəcək.