İtaliyalı mütəxəssis Luçano Spaletti Səudiyyə Ərəbistanı çempionatında işləməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Santi Una sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, Spaletti “Əl-Əhli” klubunun cəlbedici təklifini rədd edib.
Onun növbəti mövsümdə "Yuventus"u çalışdıracağı bildirilir. Spalettinin Turin klubunun yeni idman direktoru Kriştiano Giuntoli üçün prioritet seçim olduğu qeyd edilir.
Luçano Spalletti ötən mövsüm "Napoli"ni 33 ildən sonra A Seriyasının qalibi edib və istefa verib.
Mirağa