Argentinalı 20 yaşlı hücumçu Culiano Simeone Madridin “Atletiko” klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone oğlunu icarəyə göndərib.
Bu barədə "Atletiko"nun rəsmi saytı məlumat yayıb.
Oğul-Simeone İspaniyanın digər komandası “Alaves”ə keçib. Tərəflər 2023/2024 mövsümünün sonuna qədər icarə müqaviləsi bağlayıb.
Qeyd edək ki, Culiano ötən mövsümü "Saraqosa"da keçirib və 36 oyuna çıxaraq 9 qol vurub, 3 məhsuldar ötürmə edib.
Mirağa