Növbəti mövsümdə "Bayern"nin "çərçivə"sini tamamilə yeni qapıçılar qoruyacaq.
Fanat.Az xəbər verir ki, insayder Florian Plettenber Münhen klubunun Yan Sommer və Alexander Nübellə vidalaşmalı olacağını iddia edib.
Sommerin “İnter”ə keçəcəyi gözlənilir. Danışıqlar uzun müddətdir davam edir. Alman qapıçı Nübelin isə yeni klubu "Ştutqart"la razılaşmaya yaxın olduğunu təsdiqlənib. Gözlənilməz bir şey olmasa, o, icarəyə yollanacaq. Ötən mövsüm Bundesliqanı 16-cı yerdə başa vuran "Ştutqart" bu keçid üçün "Bayern"ə təxminən bir milyon avro ödəyəcək.
26 yaşlı qapıçı Münhen komandasının əsas heyətinə düşə bilməyib. O, "Bayer"in heyətində cəmi dörd oyun keçirib.
Qeyd edək ki, Almaniya nəhənginin əsas qapıçısı Manuel Noyer qışda xizək sürərkən yıxılaraq ayağını sındırıb. Onun mövsümün startına qədər sağalmayacağı bildirilir.
Mirağa