Almaniyalı yarımmüdafiəçi Əmrə Can Dortmund "Borussiya"sı ilə müqaviləsinin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, tərəflər arasında yeni müqavilə 2026-cı ilə qədər hesablanıb.
29 yaşlı türk əsilli futbolçu ötən mövsüm "Borussiya Dortmund"un heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 3 qol vurub. O, 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edir.
Mirağa