Yarımmüdafiəçi Qara Qarayev dünən "Qarabağ"dan ayrılıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qaranın xidmətində "Neftçi" maraqlıdır.
"Ağ-qaralar" bu ilin qışından sözügedən oyunçu ilə danışıq aparır.
2008-ci ildən "Qarabağ"ın formasını geyinən Azərbaycan millisinin üzvünün karyerasını harada davam etdirəcəyi indilik bilinmir.
Qeyd edək ki, faktı "qol.az" saytına açıqlamasında Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl təsdiqləyib.