"Bayern Münhen"in "Tottenhem"in hücumçusu Harri Keynə təklif etdiyi müqavilənin şərtləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Bayern & Germany" yayıb.
Xəbərə görə, Almaniya nəhəngi Harrinin agenti və qardaşı Çarli ilə danışıb. Mənbə Bundesliqa təmsilçisinin İngiltərə millisinin forvardına illik 20 milyon avrodan artıq əməkhaqqə ödəməyə və onunla müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlamağa hazır olduğunu vurğulayıb.
Hazırda klublar bu yöndə danışıqları davam etdirir.
Nihat