"Yuventus" ötən ili icarə əsasında "İnter"də keçirən Romelu Lukakunu "Çelsi"dən almaq yönündə çalışmalarını davam etdirir.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin klubu avqustun 3-nə - komanda ABŞ toplanışından qayıdana qədər bu transferi reallaşdırmaq uğrunda bütün variantları nəzərdən keçirir.
Mənbə Səudiyyə Ərəbistanından bir neçə təklif alan belçikalı forvardın "Yuventus"da oynamağa üstünlük verdiyini diqqətə çatdırıb. Xəbərə görə, "qoca sinyora" Romelunun transferi naminə heyətdəki istənilən hücumameyilli futbolçu ilə vidalaşmağa da hazırdır.
Daha öncə "İnter"in Lukaku ilə danışıqları dayandırdığı barədə məlumatlar yayılıb.
Nihat