13:06 11.05.2014 771

"Şəfa"da "gümüş matçı", çempion Sumqayıtda - AFİŞA

Sabah Topaz Premyer Liqasında XXXV turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, eyni gündə baş tutacaq qarşılaşmalar yeni saatda - 18.00-da başlayacaq. Oyunlardan üçünə Bakı, birinə Sumqayıt, birinə Zaqatala ev sahibliyi edəcək.

Ötən tur "Qarabağ" çempionluğunu elan etdiyindən mübarizə 2 və 3-cü yerlər uğrunda gedir. İkinci yer uğrunda mübarizə aparan bu yerə cüzü iddiası qalmış "Qəbələ"ni qəbul edəcək. "Bankirlər" bar xal qazanacaqları halda gümüş medalları təmin edəcəklər. "İnter"dən 6 xal geri qalan "Qəbələ" mütləq qələbə qazanmalı və rəqibinin son turda da yenilməsinə dua etməlidi. Bu halda "İnter"lə xallarını bərabərləşdirən Yuri Syominin yetirmələri şəxsi oyunlardakı üstünlükdən yararlana bilər.

"Qəbələ"dən fərqli olaraq "Neftçi" artıq ikincilik şansını itirib və üçüncü yerə iddia edir. Yuri Syomin və Böyükağa Hacıyevin komandaları arasında bir xallıq fərq var. "Ağ-qaralar" şansı itirməmək üçün sabah doğma meydanda "Rəvan"ı məğlub etməlidi. Amma Güvənc Kurtarın başçılıq etdiyi "sarı-qırmızılı" klubun da qələbəyə ehtiyacı var. Ötən tur AZAL-ı yenərək "Sumqayıt"la xallarını bərabərləşdirən "Rəvan" son pillədən qurtulub. Bakı klubu Premyer Liqadakı yerini qorumaq üçün bu oyunda qələbə, ən azı bir xal qazanmalıdı. Güvənc Kurtarın yetirmələri bu oyunda qələbə qazanmaqla həm də "Neftçi"dən kubokdakı məğlubiyyətin qisasını ala bilər.

"Rəvan"la birlikdə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Sumqayıt" çempion "Qarabağ"ı qəbul edəcək. Gənclik şəhəri təmsilçisinin bu oyunda qələbə qazanmaq, ən azı aktivinə bir xal yazmaq şansı böyükdü. Çünki Qurban Qurbanov onlar üçün heç bir əhəmiyyət kəsb etməyən oyunda əsasən gənclərə və ehtiyatda qalan oyunçulara şans verəcək. "Qarabağ" üün bu oyundakı yeganə prinsip çempion kimi imicini qorumaqdı.

Turun digər iki oyunu isə formal xarakter daşıyacaq. Bunlardan birində "Simurq" "Xəzər Lənkəran"ı qəbul edəcək. Lənkəran klubu hazırda 45 xalla 6-cı, "Simurq" isə 44 xalla 7-ci pillədə qərarlaşıb. İndi məsələ onların mövsümü hansı yerdə bitirməsidi.

Maliyyə böhranında boğulan və avrokuboklardan kənarda qalan "Bakı" AZAL-ı qəbul edəcək. Milinko Pantiçin başçılıq etdiyi komanda ən yaxşı halda 4-cü pilləni tuta bilər. "Qəbələ" kuboku qazansa, onların Avropa Liqasına vəsiqə əldə etməsi mümkündü. Amma AFFA "Bakı"ya avrokuboklar üçün lisenziya vermədiyindən bu baş verməyəcək. AZAL isə 2014-cü ildə qələbə üzünə həsrət qalıb. Tərlan Əhmədovun başçılıq etdiyi komanda yeni ildə keçirdiyi 16 oyunda 9 dəfə məğlub olub, 7 heç-heçə edib. "Təyyarəçilər" son 5 oyunda meydandan 1 xalla ayrıla bilib. Bu oyunda AZAL qələbə qazanmaqla 2014-cü ildə ilk dəfə 3 xala sevinə bilər.

Qeyd edək ki, Premyer Liqada sonuncu - XXXVI turun oyunları mayın 17-də keçiriləcək.

Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXXV tur

12 may
İnter - Qəbələ
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Şəfa” stadionu. Saat 18.00.

Neftçi - Rəvan
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 18.00.

Sumqayıt - Qarabağ
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18.00.

Simurq - Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Zaqatala şəhər stadionu. Saat 18.00.

Bakı - AZAL
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 18.00.

1

Qarabağ

34

21

9

4

65-18

72

2

İnter

34

19

6

9

57-36

63

3

Qəbələ

34

17

6

11

45-35

57

4

Neftçi

34

16

8

10

46-41

56

5

Bakı

34

14

9

11

49-41

51

6

Xəzər L

34

11

12

11

40-46

45

7

Simurq

34

11

11

12

33-26

44

8

AZAL

34

6

13

15

28-45

31

9

Rəvan

34

7

10

20

19-61

22

10

Sumqayıt

34

4

10

20

25-58

22


Bombardirlər: Reynaldo (Qarabağ) - 22. Vaqif Cavadov (İnter) - 14. Daniel Subotiç (Qəbələ), Mbilla Etame (Xəzər Lənkəran) - 11. Draqan Çeran (Simurq), Baçana Tsxadadze (İnter) - 10. Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL) - 8.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

Facebookdan bizi izləməyi unutmayın.
X