Ötən gecə “Real Madrid” və “Milan” komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında keçirilən və məhsuldar alınan görüş "kral klubu"nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədən sonra hesabda Karlo Ançelottinin yetirmələri hesabda 0:2 geridə olub. "Rossonerilər"in qollarını Tomori və Romero vurub. Ancaq fasilədən sonra üç cavabsız qol vuran "Real" oyunu öz xeyrinə çevirib. İspaniya nəhənginin heyətində Valverde dubl edib, daha bir qolu isə Vinisius vurub.
Mirağa