Premyer Liqa klubu “Aston Villa” növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Birmingem təmsilçisi “Bayer”in fransalı hücumçusu Mussa Diabini heyətinə cəlb edib.
İngilislər 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Aston Villa" Diabinin transferi üçün Almaniya Bundesliqa təmsilçisinə 55 milyon avro ödəyib.
Diabi ötən mövsüm “Bayer”in heyətində 48 oyuna çıxıb, 14 qol vurub. O, Fransa yığmasının heyətində 9 oyun keçirib.
Mirağa