"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi II raundda Polşanın "Rakuv" komandasını keçəcəyi halda, "Şerif" (Moldova) - «Makkabi» (Hayfa, İsrail), "Aris" (Kipr) - BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək. Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.