Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, "qartallar" Bolu şəhərindəki hazırlıq çərçivəsində Tanzaniya təmsilçisi "Simba" ilə gücünü sınayacaq.
"Vonresort" otelin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bundan əvvəl Türkiyənin "Fatih Karagümrük" komandası ilə qolsuz heç-heçə edib.