"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, II mərhələdə "Rakuv" komandası ilə qarşılaşacaq "köhlən atlar" polşalıları mübarizədən kənarlaşdıracağı halda, "Aris" (Kipr) - BATE (Belarus) cütlərinin qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.