Ötən mövsümün ikinci yarısını icarə əsasında "Mançester Yunayted"də keçirən "Byern Münhen"in yarımmüdafiəçisi Marsel Zabitser iş yerini dəyişmək üzrədir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Bayern" Avstriya millisinin üzvünü Dortmund "Borussiya"sına satacaq. Mənbə tərəflərin razılığa gəldiklərini və "arılar"ın Münhen klubuna 19 milyon avro ödəyəcəyini vurğulayıb.
Qeyd edək ki, zabitserin "Bayern" ilə müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat