Türkiyənin "Fatih Karagümrük" klubunun sahibi Süleyman Hurma rusiyalı yarımmüdafiəçi Məhəmməd Ozdoyevə görə aldığı təklifi geri çevirdiyini deyib.
Fanat.Az-ın məlumatına görə, Hurma bu barədə Rusiyanın "Çempionat" saytına açıqlama verib:
"Ozdoyevi Yunanıstanın PAOK klubu istəsə də, təklifi rədd etdim".
Ozdoyev ötən ilin yayından "Fatih Karagümrük"də çıxış edir. O, Türkiyə Superliqasında 33 matça çıxaraq 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat