"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba Böyük Britaniyada yeni fond yaradıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, fransalı ulduz yoxsulluqla mübarizəyə kömək məqsədilə şəxsi fondunu işə salıb.
Poqbanın fondu vəqf kimi tanınan İslam prinsiplərinə əsaslanır. Rəqəmsal investisiya platforması "Wahed" tərəfindən Böyük Britaniyada qeydiyyatdan keçən xeyriyyə təşkilatı ianə toplamaq məqsədi daşıyır.
Poqba uşaq ikən "qida bankı"nda anası ilə növbədə dayandığını belə xatırlayıb: “Yadımdadır, dörd-beş yaşım olanda ora gedirdik. Süd, şəkər və sair zəruru qida məhsulları paylayırdılar. Anam ora gedib növbəyə dayanırdı. O, üç uşaq anası olub və atamdan boşanıb.
Mən asan yolla pul qazanmamışam. Mübarizə apardım və bu, məni təkmilləşdirməyə və inkişaf etdirməyə məcbur etdi. İndi pulun və həyatın dəyərini anlayıram. Bunları mənə anam öyrətdi”.
Mirağa