"Olimpik Marsel"in prezidenti Pablo Lonqoriya fransalı yarımmüdafiəçi Dimitri Payetin klubdan getməsini şərh edib.
Fanat.Az xəbər verir ki, Marsel təmsilçisinin rəsmi saytı Lonqoriyanın dediklərini belə çatdırıb:
"Dimitriyə burada olduğu illər ərzində etdikləri üçün minnətdaram. İstedadı öz yerində, kluba, azarkeşlərə və şəhərə olan sevgisi də unudulmamalıdır. Ona hər şeyin ən yaxşısını arzulayıram. Dimitri burada həmişə evindəki kimi olacaq".
Qeyd edək ki, iki gün öncə "Olimpik Marsel"dən ayrılan 36 yaşlı Payet hazırda klubsuzdur.
Nihat