"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik London təmsilçisindəki çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ESPN onun dediklərini belə çatdırıb:
"Hələ öz bacarığımı göstərməmişəm. Bu, potensialımın 20 faizidir. Özümü yaxşı hiss edirəm. Baş məşqçimiz Maurisio Poçettinonun rəhbərliyi altında oynamaq çox xoşdur. Yeni komandamız var. Burada olmaqdan zövq alıram".
Xatırladaq ki, bu ilin yanvarında 70+30 milyon avroya Donetsk "Şaxtyor"undan transfer edilən Mixail hələ də rəsmi matçlarda qol hesabını aça bilməyib.
Nihat