"Araz-Naxçıvan"ın məşqçilər korpusunda dəyişiklik olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən "Neftçi"dən ayrılan Vadar Nuriyev qarşıdakı mövsümdə Azər Bağırovun başçılıq etdiyi məşqçi korpusunda yer alacaq.
Klubla müqavilə imzayan mütəxəssis artıq komandanın Qəbələdəki düşərgəsindədir.
Qeyd edək ki, “Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.