“Simurq” yeni mövsümə hazırlıqlarını Kartepede davam etdirir. Komanda qardaş ölkədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirdib. “Spartak-Nalçik”lə üz-üzə gələn Georgi Çixradzenin yetirmələri görüşdən minimal hesabla məğlub ayrılıb. 70-ci dəqiqədə rəqib Arsen Qoşakovun qolu sayəsində görüşdə önə keçdi və qarşılaşma bu hesablada başa çatdı.
Zaqatala təmsilçinin Kartepedeki növbəti rəqibi isə Gürcüstanın “Dila” klubu olacaq. Görüş iyulun 3-də “Green Park” otelinin meydançasında keçiriləcək.
Komanda sabah bir məşqə çıxacaq. Səhər hazırlığından sonra Georgi Çixradze yetirmələrinə istirahət verəcək.
İdman24.az