Hücumçusu David Neres üçün "Zenit"in göndərdiyi 18+3 milyon avroluq təklifi geri çevirən "Benfika"nın Rusya klubundan nə qədər istədiyi məlum olub.
Fanat.Az xəbər verir ki, məbləği "Teleqram"dakı kanalında jurnalist İvan Karpov açıqlayıb.
O, Lissabon təmsilçisinin 30 milyon avro tələb etdiyini vurğulayıb.
Geridə qalan mövsümdə "Benfika" forması ilə bütün turnirlərdə 48 matça çıxan 26 yaşlı Neres 12 qol və 16 məhsuldar ötürmə müəllifi olub. Onun Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Nihat