"Milan" futbolçusu Matteo Qabbiya növbəti mövsümə İspaniyada başlayacaq.
Fanat.Az "qırmızı-qaralar"ın saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi karyerasını icarə əsasında "Vilyarreal"da davam etdirəcək.
Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Milan"ın yetirməsi olan Qabbiya ötən mövsüm 17 oyuna çıxaraq 1 qol vurub.