"Milan" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı-qaralar"ın rəsmi saytı yayıb.
İtaliya nəhəngi "Real Madrid"in 18 yaşlı müdafiəçisi Alexandro Ximenes Sançesi sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə 1 mövsümlük icarəyə götürüb.
Alexandro 2022/2023 mövsümündə 7 La Liqa matçına çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.