Qadınlar arasında futbol üzrə dünya çempionatının 2-ci turu çərçivəsində İrlandiya seçməsi Kanada ilə qarşılaşır.
Fanat.Az xəbər verir ki, hazırda davam edən matçın 4-cü dəqiqəsində maraqlı qol qeydə alınıb.
Belə ki, İrlandiya yığmasının 27 yaşlı müdafiəçisi Keti Makkeyb rəqib qapısına künc zərbəsindən yol tapıb.
Qeyd edək ki, DÇ-2023-ə Yeni Zelandiya və Avstraliya ev sahibliyi edir. Turnirin son qalibi ABŞ millisidir.
Nihat